Menu

Fransada iğtişaşlar səngimir - Marselə zirehli maşınlar göndərildi + VİDEO

02.07.2023, 00:05
Fransada iğtişaşlar səngimir - Marselə zirehli maşınlar göndərildi + VİDEO

Fransa səlahiyyətliləri iğtişaşları yatırılmasına dəstək məqsədilə Marsel şəhərinə milli jandarma qüvvələrinin iki zirehli transportyorunu göndərib.

Məlumata görə, vəziyyətin sabitləşməsi üzrə təhlükəsizlik qüvvələrinin hərəkətlərinin koordinasiyası üçün şəhərə ikinci helikopter də göndərilir.

İğtişaşların yatırılması zamanı polis tərəfindən saxlanılanların sayı artmaqda davam edir.

Fransanın daxili işlər naziri Cerald Darmanenin sözlərinə görə, bəzi hallarda hətta 13 yaşlı uşaqlar da saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol