Menu

Sabunçu rayonunda Polis Günü qeyd edilib - FOTO

02.07.2023, 12:13
Sabunçu rayonunda Polis Günü qeyd edilib - FOTO

Dünən polis işçilərinin peşə bayramı - Polis Günü münasibəti və Azərbaycan Polisinin 105 illiyi ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin akt zalında təntənəli tədbir keçirilib. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyev, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) rəisi, polis polkovniki Cavid Muradov, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və polis işçiləri iştirak etdilər.

Tədbir başlamazdan əvvəl polis əməkdaşları və qonaqlar Sabunçu RPİ-nin yaxınlığında yerləşən Heydər Parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər.

Tədbir Ümummili lider Heydər Əliyevin və əziz şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Sabunçu RİH başçısı Adil Vəliyev 02 iyul – Polis işçilərinin peşə bayramı münasibəti ilə və Azərbaycan Polisinin 105 illiyi ilə əlaqədar bütün polis işçilərini təbrik edib. A.Vəliyev Azərbaycan polisinin 105 il ərzində tarixi və şərəfli yol keçdiyini bildirib, Ulu Öndər Heydər Əliyevin Azərbaycan polisinin inkişafına hər zaman yüksək diqqət və qayğı göstərdiyini, hazırda bu yolu cənab Prezident İlham Əliyevin davam etdirdiyini vurğulayıb. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində polisin xidmətlərinin danılmaz olduğunu qeyd edib.

Sabunçu RPİ rəisi, polis polkovniki Cavid Muradov çıxış edərək şəxsi heyəti təbrik edib, polisinin keçdiyi 105 illik çətin, məsuliyyətli, eyni zamanda, şərəfli yoldan danışıb. Polisin Azərbaycanda, o cümlədən Sabunçu rayonunda ictimai asayişin qorunmasında göstərdiyi xidmətlərindən bəhs edib.

C. Muradov Daxili İşlər naziri Vilayət Eyvazovun təbrik məktubunu oxuyub, onun şəxsi heyətə təbriklərini polis əməkdaşlarına çatdırıb.

Tədbirdə Dövlət Təhlükəsizlik Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Rəşad Həsənov, Sabunçu rayon Məhkəməsinin sədri Vidadi Qasımov, Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi, polkovnik Faiq İsmayılov çıxış ediblər. Daxili işlər orqanlarının fəaliyyətini yüksək dəyərləndirən məruzəçilər, 105 illik yubiley münasibətilə polis əməkdaşlarını təbrik edib, peşə həyatlarında uğurlar arzulayıblar.

Sabuncu rayon Veteranlar Şurasının sədri, ehtiyatda olan polis mayoru, Vətən Müharibəsi veteranı Aydın Əmirov da çıxışında polis işçilərini peşə bayramları günü münasibəti ilə təbrik edib və Azərbaycan polisinin hər zaman Vətənə, xalqa sədaqətlə xidmət etdiyini bildirib.

Tədbirin sonunda Sabunçu RİH başçısının əmri oxunub, xidməti vəzifəsində fərqlənən əməkdaşlara hədiyyə və mükafatlar təqdim olunub. 

Həmçinin Sabunçu RPİ rəisinin imzası olan əmrlər də şəxsi heyətə çatırılıb.

“Azpolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol