Fransada baş verən aksiyalarda son sutkada ümumilikdə 157 nəfər saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, bu rəqəm əvvəlki günlərə nisbətən daha azdır.
Qeyd edək ki, iyunun 27-də Fransa polisi 17 yaşlı əlcəzairəsilli sürücünü öldürüb. Bundan sonra ölkədə iğtişaşlar başlayıb.
Bir neçə gündür davam edən etiraz aksiyalarında 1 000-ə yaxın adam saxlanılıb, 79 nəfər yaralanıb, 1 350 avtomobil yandırılıb, 31 polis bölməsi, 16 bələdiyyə polis bölməsi və 11 jandarma kazarması daxil olmaqla, 234 binaya ziyan dəyib.


Şərhlər
Fransa Şimali Afrikada,Əlcəzairdə,Çadda,Malidə,Ruandada camaatla necə davranıbsa indi kilkəbaş Makron o vicdansız hərəkətləri məğrur fransız xalqının başına açmaq istəyir.Öz haqqını tələb etməyi bacaran xalq məğrurdur və demokratik dəyişikliklərə layiqdir.Fransa xalqı görüncə ki,lider azca da olsa tiranlıq etməyə başlayır,dərhal ayağa qalxıb aləmi qarışdırır,odur ki Fransa tarixində cəmisi iki əsrdə beş respublika qurulub.Deyəsən indi işlər altıncı respublika qurulmasına doğru gedir.Bir şeyi başa düşmürəm;biz niyə “Fransada insan hüquqları kobud şəkidə pozulur” deyə bəyannamələr vermirik?Fakt göz qabağında deyilmi?Pozulmurmu?Elə isə belə gözəl məqamı niyə əldən buraxırıq?Həm də bir dəfə deyil,iki dəfə deyil,hər gün bildirməliyik bunu.Məclis toplanan kimi əsas işimiz qaişniklərin cibişdanını doldurmaq üçün cürbəcür əndrəbadi və ağlasığmaz ştraflar düşünüb qanuniləşdirməkdən ibarət olur.Bizi yəni başqa heç nə maraqlandırmı?Və ya dərdimiz-sərimiz ancaq və ancaq yol hərəkəti qaydalarıdırmı?