Menu

“Putinin hakimiyyətdə bir neçə həftəsi qalıb” – Saakaşvili

03.07.2023, 12:29
“Putinin hakimiyyətdə bir neçə həftəsi qalıb” – Saakaşvili

“Mən Putini yaxşı tanıyıram. Neçə gündür onu müşahidə edirəm, hələ indiki qədər isterik olduğunu xatırlamıram”.

“AzPolitika.info” xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “Facebook” səhifəsində yazıb.

“Bu gün mənə aydın olur ki, Putinin hakimiyyətdə bir neçə həftəsi qalıb” – deyə, o, qeyd edib.

Eks-prezident hesab edir ki, Rusiyada qısa müddətli də olsa ciddi qarşıdurmalar başlayacaq.

Onun sözlərinə görə, bunun nə qədər tez baş verməsi böyük ölçüdə Ukraynanın döyüş meydanında irəliləyişindən asılı olacaq: “Ukraynalılar yaxın həftələrdə Baxmutu qaytaracaq, sentyabrda Azov dənizinə çatıb Krıma girməyə başlayacaqlar. Krıma girmək Putinin edamı deməkdir...”

“AzPolitika.info”

Şərhlər

Roma 2023-07-03 12:59:07

Putin artıq tarixə mənfi reputasiyalı dövlət başçısı kimi düşmüçdür, belə ki, bu qədər insan ölümünə, qan-qadaya səbəbkar məhz putindir. Rusiya dövləti, rus xalqı tarixən şovinist, millətçi olub və əgər gələcəkdə də mövcud olacaqlarsa yenə də elə belə olacaqlar. Fikir verirsinizmi rus xalqının çox az bir qismi müharibənin əleyhinədir, həttə bəziləri deyir ki, uduzarığsa, nüvədən istifadə edib dünyanı dağıdarıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol