“Yevgeni Priqojin onunla “tərəfdaşlığı” dövründə Putinə qarşı ciddi kompromat toplayıb. Bu, qiyamçıların Belarusa döyüşsüz buraxılmasını şərtləndirən arqumentlərdən biri oldu”.
“AzPolitika.info” xəbər verir ki, bunu tanınmış rusiyalı hüquq müdafiəçisi, “Qulaqu-net” layihəsinin yaradıcısı Vladimir Oseçkin deyib.
Hüquq müdafiəçisi qeyd edib ki, uzun illər boyunca Priqojin Putinin çoxsaylı “çirkli işlərini” həyata keçirib. Buraya sifarişli qətllər, terror aktları, o cümlədən də xaricdə törədilən digər cinayətlər aiddir.
Oseçkin hesab edir ki, hər bu cür cinayət Priqojinin “kompromat baqajı”nı daha da artırıb: “Priqojin şantaj etməyi düşünürdü və hansısa anda Putin doğrudan da çox qorxdu”.
Hüquq müdafiəçisinin fikrincə, Putinin iyunun 24-də səsləndirdiyi və qiyamı 1917-ci ildəki inqilabla müqayisə etdiyi çıxışı onun bu qorxusunun aşkar təzahürü idi.
“AzPolitika.info”


Şərhlər
Çekmeeke bilmezsen berkdir feleyin yayı ve eger yayı çekib oxu atsan o bımeranq kimi qyıdıb özüne deyer ki Putin kimi iddialılar bınu heç vaxt qanmazlar,o vaxt qabarlar ki biçaq boğaza dayanıb.