Menu

Kreml Krım rəhbərinə qarşı sui-qəsd cəhdinə münasibət bildirib

03.07.2023, 13:45
Kreml Krım rəhbərinə qarşı sui-qəsd cəhdinə münasibət bildirib

Rusiya Federasiyasının xüsusi xidmət orqanları və dövlət qurumları öz funksiyalarını layiqincə yerinə yetirirlər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun silahlı qiyam zamanı Kremlin Federal Təhlükəsizlik Xidmətinin işindən razı qalıb-qalmaması ilə bağlı suala cavabında bildirib.

Kremlin sözçüsü Krım rəhbəri Sergey Aksyonova sui-qəsd cəhdi ilə bağlı yayılan məlumatı da şərh edib. Bildirib ki, Krımın başçısı Aksyonov döyüşçüdür və sui-qəsd onu qorxuda bilməz.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol