Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 4-də Vaşinqtona gedəcək.
“AzPolitika.info” xəbər verir ki, bu barədə yerli mediaya Təhlükəsizlik Şurasının mətbuat xidmətindən məlumat verilib.
Səfər zamanı Qriqoryanın ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və digər yüksək rütbəli rəsmilərlə görüşü nəzərdə tutulub.
Qeyd olunur ki, Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.
“AzPolitika.info”


Şərhlər