Menu

“Krım azad olunmadıqca müharibə bitməyəcək” - Volodimir Zelenski

03.07.2023, 14:42
“Krım azad olunmadıqca müharibə bitməyəcək” - Volodimir Zelenski

“Krım azad olunmadıqca müharibə bitməyəcək”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın CNN telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna üçün qələbə yalnız 1991-ci il sərhədlərinin bərpasıdır: “Hazırda Ukraynanın səyləri cənub və şərqdəki ərazilərin geri alınmasına yönəlib. Amma son məqsədimiz Krımın azad edilməsidir. Biz Ukraynanı Krımsız təsəvvür edə bilmərik”.

Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə qanunsuz şəkildə ilhaq edilib.

Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol