Menu

"MKİ rəhbəri ilə tez-tez danışır, ordumuzun hərəkətlərini müzakirə edirik"- Volodimir Zelenski

03.07.2023, 15:43
"MKİ rəhbəri ilə tez-tez danışır, ordumuzun hərəkətlərini müzakirə edirik"- Volodimir Zelenski

“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnslə müntəzəm danışır, ordumuzun hərəkətlərini müzakirə edirik”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın “CNN” televiziyasına müsahibəsində deyib.

O bildirib ki, danışıqların təfərrüatları ictimaiyyətdən gizli saxlanılmalıdır: “Bizim yaxşı münasibətlərimiz var. Kəşfiyyat orqanlarımız bir-biri ilə əlaqə saxlayır. Mən də onunla tez-tez danışıram”.

V. Zelenskinin sözlərinə görə, tərəflər xüsusilə döyüş meydanındakı vəziyyəti müzakirə edirlər: “Amma bunları açıqlamaq olmaz”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol