Ukrayna bir həftə ərzində 37 kvadrat kilometrdən çox ərazini işğaldan azad edib.
"AzPolitika.info" xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.
“Son bir həftə ərzində şərq cəbhəsində 9 kvadrat kilometr, cənubda isə 28,4 kvadrat kilometr ərazi azad edilib. Baxmut istiqamətində irəliləyirik. Düşmən Port, Avdiyivka və Marinka istiqamətində hücumlarını davam etdirir"- deyə, o, bildirib.
Rus qüvvələrinin son bir həftədə şərqdəki hücumlarını ikiqat artırdığına diqqət çəkən Malyar, ötən həftə 11 min 753 hücumun qeydə alındığını deyib.
"AzPolitika.info"


Şərhlər