Menu

“Axmat”ın komandiri Ukraynada öldürülüb

03.07.2023, 19:13
“Axmat”ın komandiri Ukraynada öldürülüb

Rusiyanın çeçenlərdən ibarət “Axmat” xüsusi təyinatlı batalyonunun komandiri Yevgeni Pisarenko Donbasda gedən döyüşlərdə öldürülüb.

APA xəbər verir ki, bu barədə Rusiyanın RBK telekanalı “Axmat”ın komandiri Apti Alaudinova istinadən məlumat yayıb.

Rusiyalı müharibə jurnalisti Dmitri Kulko da Pisarenkonun həlak olması ilə bağlı Telegram kanalında məlumat paylaşıb. Bununla belə, Pisarenkonun nə vaxt həlak olması ilə bağlı informasiya verilməyib.

Qeyd edək ki, “Axmat” batalyonu Ukraynada müharibənin əvvəlindən döyüş əməliyyatlarında iştirak edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol