Menu

"Fransadakı hadisələrin müsəlmanlara qarşı yeni təzyiqə səbəb olacağından narahatıq" - Türkiyə Prezidenti

03.07.2023, 21:58
"Fransadakı hadisələrin müsəlmanlara qarşı yeni təzyiqə səbəb olacağından narahatıq" - Türkiyə Prezidenti

"Fransadakı hadisələrin mühacirlərə və müsəlmanlara qarşı yeni təzyiq, təhdid dalğasına səbəb olacağından narahatıq".

"Report" xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransada baş verən hadisələrə münasibət bildirərkən deyib.

“Şiddət zorakılığı doğurdu və bugünkü hadisələrə təkan verdi. Ümid edirik ki, Fransadakı son hadisələr daha çox qan tökülmədən və zorakılıq səviyyəsi artmadan ən qısa zamanda başa çatacaq”, - Türkiyə Prezidenti qeyd edib.

Qeyd edək ki, iyunun 27-də Fransanın Nanter şəhərində polis əməkdaşı yol hərəkətinə nəzarət zamanı 17 yaşlı əlcəzairli sürücünü güllələyərək öldürməsinin görüntüləri ölkədə kütləvi narazılığa səbəb olub. Etirazlar və toqquşmalar zamanı minlərlə insan saxlanılıb, 200-dən çox polis əməkdaşı yaralanıb.

Şərhlər

Mubariz 2023-07-04 11:12:16

Müsəlmanların demokratik ölkələrdən qovulması müsbət addım olardı ,onlar diktatorluqda yaşayıblar azadlığın nə olduğunu anlamazlar ,bütün demokratik ölkələrdə müsəlmanlar və qaradərilər ,avtomobil yandırır ,mağazalaı qarət edir ,qanun saymırlar ,çünki qanunun nə olduğunu öz ölkələrində görməyiblərb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol