Ermənistan mətbuatının bugünkü əsas gündəm mövzularından biri Qarabağdakı qondarma qurumun “başçısı” Araik Arutyunyanın Vladimir Putinə məktubudur.
“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında Arutuunyanın Putinə açıq məktubu dərc edilib. Məktubda separatçıların başçısı bir tərəfdən Kremli öz vədlərinə əməl etməməkdə günahlandırıb, digər tərəfdən isə Putindən yardım istəyib.
Arutyunyan həmişəki yalan iddiaları təkrarlayaraq, guya Qarabağın məlun hissəsində qalan ermənilərin az qala acından qırıldığını bildirib.
Separatçıların başçısı gileylənib ki, rus “sülhməramlıları” vertyolyotlar vasitəsilə özlərinin ərzaq və digər təminatlarını həyata keçirsələr də, burada yaşayan ermənilər barədə qətiyyən düşünmürlər.
“AzPolitika.info”


Şərhlər
Burada təəccüblü və ya anlaşılmaz bir şey yoxdur. "Sehirli xalat" filmində uşaqlar Xannan İo Kio babaya ağlaya-ağlaya şikayət edirlər ki, o bizim bu bəzədilmiş sarayımızı dağıdıb və s...indi bu araik deyilən dığa da putin babasına, putinin qul-beçələrindən şikayət edir ki, onlar yeyir, bizə vermir...