Menu

“Rusiyaya qarşı hibrid müharibə aparırlar” - Putin

04.07.2023, 14:30
“Rusiyaya qarşı hibrid müharibə aparırlar” - Putin

Xarici güclər Rusiyaya qarşı hibrid müharibə aparır və görünməmiş miqyasda qeyri-qanuni sanksiyalar tətbiq edirlər.

"AzPolitika.info" xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Hindistanın ev sahibliyi etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammitində videokonfrans vasitəsilə çıxış edərkən deyib.

"Xarici güclər uzun müddətdir ki, qonşu ölkə Ukraynada “anti-Rusiya” dövləti yaratmaq layihəsini həyata keçirirlər. Bütün bunlar Rusiyanın təhlükəsizliyini təhlükə altına almaq və inkişafına mane olmaq üçün edilir. Rusiya xarici təzyiqlərə, sanksiyalara və təxribatlara inamla müqavimət göstərir və göstərəcək",- deyə o, bildirib.

Putin həmçinin, Rusiyanın davamlı inkişaf etdiyini, siyasi dairələrin və cəmiyyətin üsyan cəhdinə qarşı birləşdiyini vurğulayıb.

ŞƏT-in konstruktiv əsaslar üzərində qurulduğunu deyən Putin təşkilatın beynəlxalq münasibətlərdə getdikcə daha mühüm rol oynadığını, sülhün və sabitliyin qorunmasına, üzv dövlətlərin davamlı iqtisadi artımının təmin edilməsinə və xalqlar arasında əlaqələrin möhkəmlənməsinə real töhfələr verdiyini bildirib.

Rusiya rəhbərliyinə göstərdikləri dəstəyə görə ŞƏT ölkələrinə təşəkkür edib:“ŞƏT üzvləri ilə əlaqələrimizi daha da dərinləşdirməyi hədəfləyirik. Keçən il Rusiyanın ŞƏT-ə üzv ölkələrlə ticarəti 37 faiz artaraq rekord həddə - 263 milyard dollara çatıb”.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol