İran dronlarından 18 Qərb şirkətinin istehsalı olan hissələr tapılıb.
"AzPolitika.info" xəbər verir ki, bu barədə "Euronews" nəşri məlumat yayıb.
Məlumata görə, Rusiyanın Ukraynaya hücumunun əsas silahı kimi istifadə edilən İranın "Şahid" dronları ABŞ, Almaniya və Yaponiyada yerləşən 18 şirkət tərəfindən hazırlanmış mikroprosessorlar və yarımkeçiricilər də daxil olmaqla istehsal olunmuş hissələrdən ibarətdir.
Araşdırmanın nəticəsinin ötən il Ukraynanın Odessa və Çerkassi şəhərlərində vurulmuş İranın "Şahid-136" dronundan tapılan qalıqlar əsasında müəyyən edildiyi bildirilir.
"AzPolitika.info"


Şərhlər