Menu

“Putinə yox, Paşinyana müraciət edin...” – Sabiq XİN başçısı yeni müharibəni istisna etmir

04.07.2023, 16:49
“Putinə yox, Paşinyana müraciət edin...” – Sabiq XİN başçısı yeni müharibəni istisna etmir

Məlum olduğu kimi, bu gün Qaqrabağdakı separatçı qurumun başçısı Araik Arutyunyan Vladimir Putinə açıq məktub ünvanlayaraq, ondan kömək istəyib və Qarabağdakı “sülhməramlılar”ın fəaliyyətindən narazılığını bildirib.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatına danışan Ermənistanın sabiq Xarici İşlər naziri Vardan Oskanyan bu müraciətin mənasız olduğunu deyib. Millətçi və revanşist baxışları ilə tanınan Oskanyan Ermənistan üçün indiki vəziyyətin yaranmasına görə Baş nazir Nikol Paşinyanı günahlandırıb: “Qarabağ hakimiyyəti Putinə, Baydenə də müraciət edə bilər. Ancaq Ermənistan hakimiyyəti “Qarabağ Azərbaycandır” dedikcə, bu müraciətlərin heç bir mənası olmayacaq. Hakimiyyət “Qarabağ Azərbaycandır” dedikcə, bu adamlar (Putin və Bayden) heç nə edə bilməyəcəklər. Ona görə də Arutyunyan bir ünvana müraciət etməlidir – Ermənistan hakimiyyətinə”.

Oskanyan deyib ki, bu gedişlə hərbi əməliyyatlar yenidən başlaya bilər: “Bu gün edilənlər stabil sülhə gətirib çıxara bilməz. Bu, müvəqqəti olaraq Paşinyanla Azərbaycan hakimiyyəti arasında hansısa sülh yaradar, ancaq erməni və Azərbaycan xalqları arasında sülh yarada bilməz”.

Xatırladaq ki, Nikol Paşinyan bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü Qarabağla birgə tanıdıqlarını bəyan edib. Onun bu açıqlaması Qərbdə müsbət qarşılandığı halda, Rusiyada, Qarabağdakı separatçılar və Ermənistandakı revanşistlər arasında etirazla qarşılanıb. Ermənistan xalqının böyük hissəsinin isə bu qərara kütləvi etirazına rast gəlinmir.

“AzPolitika.info”

Şərhlər

B.Qarabağlı 2023-07-04 18:52:43

Hələ də Hərbi-Silahlı terrorçulardam 35 ilə tam azad olmayan Azərbaycan rəsmən və kəskinliklə BMT, TŞ, Aİ, Ağ ev və Kremldən qətiyyətlə 33 illik etnik terror cinayətləri və yarımçıq azadlıqdan sonrakı iki illik möhləti nəzərə alaraq əski DQMV TV terror yuvasında qalmış erməniləri və silahlılarının yubadılmadan Ermənistana təxliyyəsinə (köçünə) dəstək versinlər. Bu sülh şəraitinə ilkin yeganə zəmanətdir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol