Menu

Rusiya Xarkovu “İskəndər”lə vurdu: Çox sayda yaralı var - FOTO/VİDEO

04.07.2023, 22:22
Rusiya Xarkovu “İskəndər”lə vurdu: Çox sayda yaralı var - FOTO/VİDEO

İyulun 4-də Rusiya ordusu Xarkov vilayətinin Pervomayski qəsəbəsini “İskəndər” raketi ilə vurub. Bu barədə Xarkov hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov açıqlama verib.

“Bizim məlumatlara və Fövqəladə Hallar Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarımızın əməkdaşlarının qənaətinə görə, bu, “İskəndər” tipli raket olub”, - deyə rəsmi bildirib.

Onun sözlərinə görə, işğalçılar yaşayış massivinə zərbələr endiriblər, zərbə yerinin yaxınlığında sənaye və hərbi obyektlər olmayıb.

Sinequbov əlavə edib ki, hazırda 10-u uşaq olmaqla 35 yaralı var.

Zərərçəkənlərin artacağı istisna edilmir.

Şərhlər

Frenk Bilmezliyev 2023-07-05 08:30:10

Ukraynanı hərtərəfli müdafiəyə *dəstəkləyən* *QƏRB*lə Kreml elə xosunlaşıb ki, *QƏRB* ona Rusiyaya çatan heç bir raket də verməyəcək???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol