Federal Məhkəmə bəzi dövlət qurumları və Prezident Co Bayden administrasiyasının məsul şəxslərinin hər hansı məzmunu idarə etmək üçün sosial media şirkətləri ilə görüşməyi və əlaqə saxlamağı məhdudlaşdırıb.
“AzPolitika.info” “Reuters”-ə istinadla xəbər verir ki, bu qərar ABŞ-ın Luiziana və Missuri ştatlarında Respublikaçıların baş prokurorlarının qaldırdığı iddiaya cavab olaraq verilib.
Hökumət rəsmiləri sosial media şirkətlərini COVID-19 pandemiyası və ya seçkilər zamanı “narahat olduqları” məzmunlarla bağlı “həddən artıq səy göstərməkdə” ittiham olunur.
Qərarda deyilir ki, Səhiyyə və İnsan Xidmətləri Departamenti və FTB kimi dövlət qurumları “məzmunun silinməsinə, sıxışdırılmasına və ya azaldılmasına təşviq etmək, təzyiq göstərmək və ya hər hansı şəkildə təşviq etmək məqsədi ilə sosial media şirkətləri ilə danışa bilməzlər”. Sərəncamda həmçinin Daxili Təhlükəsizlik Departamentinin katibi Alexandro Mayorkas və Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinə rəhbərlik edən Cen İsterlinin də adları çəkilir.
Rüfət
AzPolitika.info


Şərhlər