Menu

Azərbaycanda 400-dən çox məktəbdə direktor vəzifəsi boşdur

05.07.2023, 11:24
Azərbaycanda 400-dən çox məktəbdə direktor vəzifəsi boşdur

“Hazırda Azərbaycanda 400-dən çox məktəbdə direktor vəzifəsi boşdur”.

“Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

O bildirib ki, vakant yerlərin yaranması əsasən həmin məktəblərdə direktorların yaş həddinə çatması ilə bağlıdır: “Daha bir səbəb isə nazirlik tərəfindən mütəmadi şəkildə keçirilən monitorinqlər zamanı yol verdikləri nöqsanlara görə bəzi direktorların əmək müqavilələrinə xitam verilməsidir”.

Şöbə müdiri xatırladıb ki, 2021-ci ildə pandemiya səbəbindən məktəblərdə vakant direktor yerlərinin sayı çoxalmışdı: “Bu say təxminən 900-ə yaxınlaşırdı. Son illər keçirilən müsabiqələr zamanı bu yerlərin sayı kəskin aşağı düşmüşdü”.

Şərhlər

dadaşyev 2023-07-05 21:10:30

Haqqı çox yuxarıdı da indiki əcaib inflyasiyada.Verəcəyini necə yığsın sonra yazıq direktor?A balam,nolar ki bir az endirim etsinlər,vallah direktor kreslosunun biri də boş qalmaz bircə aya.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol