Millət vəkili, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin oğluna yeni vəzifə verilib.
“AzPolitika.info” “Unikal”a istinadla xəbər verir ki, İsfəndiyar Möhbalıyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini təyin edilib.
Qeyd edək ki, o, bir müddət əvvəl Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsindən öz ərizəsi ilə imtina etmişdi. İ.Möhbalıyev son təyinatadək Dövlət Təhlükəsizliyi Xidmətində yüksək vəzifədə çalışırdı.
“AzPolitika.info”


Şərhlər