Menu

18 yaşlı oğlan qonaq getdiyi evdə intihar edib

05.07.2023, 14:04
18 yaşlı oğlan qonaq getdiyi evdə intihar edib

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Zərnava kənd sakini, 18 yaşlı Baxışov Elman Durasan oğlu qonaq getdiyi evin zirzəmisindən özünü kəndirlə asaraq öldürüb.

Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol