Menu

Şoyqunun hədiyyə etdiyi tapança Priqojinə geri qaytarıldı – Rusiya KİV

05.07.2023, 14:13
Şoyqunun hədiyyə etdiyi tapança Priqojinə geri qaytarıldı – Rusiya KİV

Yevgeni Priqojindən müsadirə olunan silahlar onun özünə qaytarılıb.

“AzPolitika.info” bu barədə Rusiya mətbuatına istinadla yazır.

“Fontanka” nəşri qeyd edir ki, Priqojinin Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqudan aldığı “Glock” mükafatı tapançası və iyunun 24-də axtarışlar zamanı ondan götürülən digər silahlar onun özünə qaytarılıb.

İyulun 4-də Priqojin Rusiya Federasiyası FTX-nin Sankt-Peterburqdakı departamentində şəxsən olub. O bura mühafizə ilə gəlib.

"Fontanka" yazır ki, onu rəsmi olaraq "Şimali Versal" elit kottec kəndindəki iqamətgahından aşkar edilmiş və götürülmüş silahları qaytarmağa dəvət ediblər. Nəşrin qeyd etdiyi kimi, arsenalın qaytarılması üçün rəsmi prosedur uzun sürməyib. Tezliklə Priqojin çıxıb və onu müşayiət edən şəxslər silahları çıxarıb maşına qoyaraq, oradan uzaqlaşıblar.

Nəşrin məlumatına görə, “Qlok”dan əlavə, ona iki “Saiga” karabini, “Steyr Mannlicher” markalı Avstriya karabini, yarımavtomat “Аrka” tüfəngi, habelə, daha bir neçə tüfəng və tapança qaytarıblar.

Bir gün əvvəl “Fontanka” yazıb ki, axtarışlar zamanı tapılan milyardlarla rubl “Vaqner” rəhbərinə geri qaytarılıb.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol