Menu

Xankəndidə ərzaq məhsulları bahalaşmağa davam edir– Ermənistan mətbuatı

05.07.2023, 18:08
Xankəndidə ərzaq məhsulları bahalaşmağa davam edir– Ermənistan mətbuatı

Azərbaycanın Xankəndi şəhərində ərzaq məhsullarının qiyməti kəskin şəkildə artmaqdadır.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə özünü “artsax” adlandıran separatçı rejimin Statisitka Komitəsi məlumat verib.

Cari ilin 30 iyun tarixinə Azərbaycan torpaqlarında yaradılmış separatçı rejimin nəzarət etdiyi ərazilərdə dəyəri tibbi standartlara əsasən hesablanmış minimum istehlak səbətinin 88 086 dram (387 AZN), ərzaq səbətinin dəyəri isə 49 766 dram (218 AZN) təşkil edib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4%, əvvəlki ayda olan göstəriciyə nisbətən isə 6,9% artıb.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol