Menu

"Dəniz üzərində nəzarət üçün Ukraynanın F-16-lara ehtiyacı var" - Zelenski

06.07.2023, 09:14
"Dəniz üzərində nəzarət üçün Ukraynanın F-16-lara ehtiyacı var" - Zelenski

Ukraynaya F-16 qırıcıları təkcə əks-hücum üçün deyil, həm də Odessadan dəniz yoluna nəzarət etmək üçün lazımdır.

APA-nın CNN telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski müvafiq bəyanatla çıxış edib.

Onun sözlərinə görə, “dünya üçün son dərəcə vacib dəhliz” Odessadan başlayır.

“Bu gün Rusiya bu dəhlizi bağlamağa başlasa, bizim buna cavab verəcək heç bir şeyimiz olmayacaq. Lakin F-16-lar bizə bu dəhlizin müdafiəsini qurmaq imkanı verir”, - deyə Zelenski bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol