Menu

ABŞ-da Şərq Tərəfdaşlığı dinləmələri keçirilib

15.11.2013, 13:05
ABŞ-da Şərq Tərəfdaşlığı dinləmələri keçirilib

Noyabrın 14-də ABŞ Senatının Xarici Əlaqələr komitəsinin Avropa Məsələləri üzrə alt komitəsində Şərq Tərəfdaşlığına dair dinləmələr keçirilib. ABŞ Dövlət Katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisi Viktoria Nuland çıxışında bildirib ki, noyabrın 28-29-da Vilnüsdə Avropa Birliyi üzvləri Ukrayna ilə Assosiasiya Sazişi imzalamaq və Moldova və Gürcüstanla həmin sazişləri başlatmaq məsələlərini müzakirə edəcəklər.

O, bunun hər 3 ölkə üçün tarixi məqam olduğunu vurğulayıb. Nuland Şərq Tərəfdaşlığının Şərqi Avropanın və Qafqazın bir neçə üzvü üçün daha sıx əlaqələrdən də çoxunu nəzərdə tutduğunu bildirir: "Rusiya ilə Şərq Tərəfdaşlığına dair müzakirələrimizdə Moskvanı, qonşularının istənilən siyasi və iqtisadi seçim hüquqlarına dair ATƏT öhdəliklərinə əməl etməyə çağırırıq. Biz həmçinin Moskvanı həvəsləndiririk ki, qonşularının iqtisadiyyatı ilə Avropa Birliyinin 500 milyonluq müştərisi arasındakı daha dərin inteqrasiyanın faydasını görsün”. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin Avropa Məsələləri üzrə alt komitəsinin sədri Kris Mörfi isə bildirir ki, Birləşmiş Ştatlar Şərq Tərəfdaşlığını güclü şəkildə dəstəkləyir və Avropa və Avrasiyada demokratiya və sabitliyin yayılmasında maraqlıdır. Mörfi Şərq Tərəfdaşlığının Rusiyanı çıxdaş etmədiyini də söyləyib. Onun sözlərinə görə, ölkələrdən hər biri Rusiya Federasiyası ilə yanaşı Avropa Birliyi ilə də sağlam münasibətləri saxlamalıdır: “Ukrayna, Moldova, Ermənistan, Azərbaycan, Gürcüstan və Belarus öz gələcəklərinin xəritəsini azad şəkildə cızmalıdırlar. Bizim mesajımız bu olmalıdır ki, Avro-Atlantik institutların qapısı açıqdır və siz əsaslı şərtlərə hazırsınızsa, sizi dəstəkləyəcəyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol