"Sülhməramlıların müşaiyəti olmasa, texnikaları havadan vurulacaq"
Ermənistanın Baş naziri Nikol Paşinyan yenə Rusiya prezidenti Vladimir Putinə zəng edib. Kremldən yayılan açıqlamada, telefon danışığının Nikol Paşinyanın təşəbbüsüylə gerçəkləşdiyi bildirilib.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, Paşinyanın narahatlığı bölgədə gərginliyin artmasıyla bağlıdır. Onun sözlərinə görə, Paşinyan Azərbaycanın Qarabağda anti-terror əməliyyatına başlaya biləcəyindən narahatdır. "Baş nazirin Putinə zəngi xəbərçilik anlamı daşıyır. Halbuki, Putinə bölgədəki vəziyyət barədə hər gün kəşfiyyat məlumatları çatdırılır və onun Paşinyanın məlumatlarına ehtiyacı yoxdur. Qarabağ separatçıları əvvəlkitək Rusiya hərbi kontingentinin müşayiəti ilə bir məntəqədən o birisinə silah daşımaqda davam edirlər",- o qeyd edib.E.Şahinoğlu deyir ki, bu təxribatın sadə səbəbi var: "Separatçılar bilirlər ki, Rusiya hərbi kontingentinin müşayiəti olmasa hərbi texnikaları havadan vurulacaq. Erməni separatçılarını müşayiət edən Rusiya hərbi kontingenti Kreml sahibinin əmrini yerinə yetirir"."Azpolitika.info"

Şərhlər
Rəhmətlik düha M.Ə.Sabir necə deyib-*Baxır özündən böyük, öz qoçu qardaşına* ki, az qala Kremlin hər *vstanka!* *haranı istərsən, baş üstə!* deyir, o da daldan nəsə pıçıldayır ki, *terror yuvasını müdafiə edirsən, yaxşı,bəhanə ilə o biriləri də dağıt, buraxma!*
Cənc Politoloq, Kreml 1986cı ildən daşnaq daşnaq Sifarişlərini icra etdiyi ayıq siyasi dünyaya aşkardır. Azərbaycana və azərbaycanlılara qarşı 1987ci ildən etnik deport, *Miatsum!*, vəhşi-hərbi işğal birliyini sonrakı Hərbi Cütlük müqaviləsi təsdiqləyib. Qalan dünyaya rəsmi Bakının bu aşkar cinayətlərə separatizm *qrifi* qoyması hədsiz şübhəlii və onun özünü yardımsız qoyur?