Menu

Lukaşenko Priqojinin və “Vaqner” döyüşçülərinin yerini açıqladı

06.07.2023, 14:14
Lukaşenko Priqojinin və “Vaqner” döyüşçülərinin yerini açıqladı

Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) yaradıcısı Belarusda deyil.Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko danışıb.

“Bu gün səhər mənə verilən məlumata görə, özəl hərbi şirkətin döyüşçüləri daimi düşərgələrindədir. Yevgeni Priqojinə gəlincə, o, Sankt-Peterburqdadır. Ola bilsin, Moskvaya gedib, amma Belarus ərazisində deyil”, - deyə o, vurğulayıb.

Lukaşenko əlavə edib ki, “Vaqner” döyüşçülərinin Belarusa köçürülməsi şirkət rəhbərindən və Rusiya hakimiyyət orqanlarından asılıdır.

“Bu, özəl hərbi şirkət və Rusiya rəhbərliyinin hansı qərarı verəcəyindən asılı olacaq. Əgər onlar müəyyən sayda döyüşçünün istirahət, hazırlıq üçün Belarusda yerləşməsini zəruri hesab etsələr, qərarımı yerinə yetirəcəyəm”, - deyə o, bildirib.

Xatırladaq ki, iyunun 24-də “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.

Elə həmin gün “Vaqner”çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.

Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verildiyini elan edib.

Yevgeni Priqojinin Belarusda olduğu ehtimal edilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol