Menu

Bir müddət əvvəl intihara cəhd etmiş şəxs bu gün özünü öldürüb

06.07.2023, 15:20
Bir müddət əvvəl intihara cəhd etmiş şəxs bu gün özünü öldürüb

Zaqatalada intihar hadisəsi baş verib.

APA-nın xəbərinə görə, rayon sakini, 1973-cü il təvəllüdlü Xəlilov Musa Xəlil oğlu Zaqatala şəhərində yaşadığı evin həyətində özünü asıb.

Məlumata görə, 50 yaşlı Musa Xəlilov iyunun 11-də rayonun Car kəndi ərazisindəki məscidin həyətində özünə xəsarət yetirib. O, kəsici alətlə boyun nahiyəsinə xəsarət yetirib, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

M.Xəlilovun əsəb xəstəliyindən əziyyət çəkdiyi açıqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol