Menu

Türkiyənin dövlət himninə hörmətsizlik edən erməni hakim cəzalandırılıb - VİDEO

06.07.2023, 17:35
Türkiyənin dövlət himninə hörmətsizlik edən erməni hakim cəzalandırılıb - VİDEO

Moldovanın paytaxtı Kişinyovda keçirilən ağır atletika üzrə 15 yaşadək gənclər arasında Avropa çempionatında erməni hakim Nazik Avdalyan Türkiyənin dövlət himninə hörmətsizlik etdiyi üçün cəzalandırılıb.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kişinyovda keçirilən çempionatda medalların təqdim edilməsi mərasimində Türkiyənin İstiqlal Marşı oxunarkən zaldakı hər kəs hörmət əlaməti olaraq ayağa qalxıb. Lakin erməni hakim Nazik Avdalyan himni qulaqardına vurub və telefonuyla oynamağa başlayıb.

Çempionat rəsmiləri Avdalyanın bu hörmətsizliyinə görə, onu cəzalandırıblar.

Erməni hakim əsas hakimlik vəzifəsindən kənarlaşdırılıb və onun vəzifəsi ehtiyat hakimə həvalə edilib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol