Bir neçə ay öncə İraqda yoxa çıxan İsrail-Rusiya Universitetinin tədqiqatçısı və müəllimi İranın dəstəklədiyi “Kətaib Hizbullah” terror təşkilatının nəzarəti altındadır.
“AzPolitika.info” xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin yaydığı bəyanatda bildirilir.
Bəyanatda deyilir ki, Elizabet Tsurkov sağdır və İsrail İraq hökumətini onun təhlükəsizliyinə görə cavabdeh hesab edir. Həmçinin onun azadlığa buraxılmasını tələb edir.
Qeyd edək ki, doktoranturada işləmək və tədqiqat aparmaq məqsədi ilə İraqa səfər edən Elizabet Tsurkov sözügedən təşkilat tərəfindən casusluqda ittiham edilir.
“AzPolitika.info”


Şərhlər