Menu

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə yeni rəis təyin olundu

06.07.2023, 22:25
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə yeni rəis təyin olundu

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsini kimin icra edəcəyi məlum olub. Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, bu vəzifə Dənyar Alimşah oğlu Teymurluya həvalə edilib.

Nazir Fərid Qayıbov bununla bağlı əmr imzalayıb.

D.Teymurlu buna qədər Gənclər və İdman Nazirliyində boks, kikboksinq və taekvondo üzrə kurator vəzifəsində çalışıb.

Xatırladaq ki, İdarənin keçmiş rəisi Raqif Abbasov iyunda işindən ayrılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol