“Lavrov Nyu-Yorkda ABŞ təhlükəsizlik strukturlarının keçmiş əməkdaşları ilə görüşüb. Amma Prezident Co Bayden ABŞ milli təhlükəsizlik rəsmiləri ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında gizli görüşlər keçirməyə icazə verməyib”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Sky News” nəşrinə ABŞ hökumətinin adı açıqlanmayan nümayəndəsi məlumat verib.

Bu məlumat ictimailəşəndən sonra ABŞ Dövlət Departamentinin sözçüsü bunun Vaşinqtonun təşəbbüsü olduğunu təkzib edib.

“Bayden administrasiyası bu müzakirələrə icazə verməyib. Və dəfələrlə qeyd etdiyimiz kimi, Ukrayna ilə bağlı danışıqlar Ukraynanın iştirakı olmadan aparılmayacaq”, - spiker deyib.

“AzPolitika.info”