“OceanGate” şirkəti “Titan” sualtı qayığının qəzaya uğramasından sonra bütün fəaliyyətini dayandırdığını açıqlayıb.
“AzPolitika.info” xəbər verir ki, “OceanGate”-in rəsmi saytında verilən açıqlamada bütün ekspedisiyaların və kommersiya fəaliyyətlərinin dayandırıldığı bildirilib.
Xatırladaq ki, iyunun 18-də Atlantik okeanında “Titanik” gəmisinin qalıqlarının olduğu yerə turistik səfər təşkil edən “OceanGate” şirkətinə məxsus “Titan” sualtı qayığı partlayaraq batıb və nəticədə 5 nəfər həlak olub.
“AzPolitika.info”


Şərhlər