Menu

“Danışıqlar üçün hazırda perspektiv yoxdur” - Peskov

07.07.2023, 14:47
“Danışıqlar üçün hazırda perspektiv  yoxdur” - Peskov

Kremlin sözçüsü Dmitri Peskov Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiya Federasiyası və Ukraynanın bu payızda danışıqlar masası arxasına əyləşə biləcəyi barədə bəyanatını şərh edib.

Peskovun sözlərinə görə, Rusiya Federasiyasının müxtəlif səviyyəli nümayəndələri dəfələrlə bəyan ediblər ki, Moskva heç vaxt danışıqlar prosesinə qapıları bağlamayacaq, lakin hazırda təmas üçün perspektiv yoxdur.

“Məqsədlərimizə çatmaq bizim üçün vacibdir. Onlara müxtəlif yollarla nail olmaq olar, lakin hazırda təəssüf ki, bu diplomatik vasitələr ilk növbədə Kiyev rejiminin belə bir ehtimalı rədd etməsi ilə bağlı mövcud deyil”, - Kreml sözçüsü bildirib.

Onun sözlərinə görə, “Kiyev rejiminə birbaşa rəhbərliyi həyata keçirən” ABŞ da danışıqlara meylli deyil.

Lukaşenko bir gün əvvəl belaruslu və xarici jurnalistlərlə görüşündə bildirmişdi ki, yayın sonuna qədər Ukrayna münaqişə zonasında vəziyyət dəyişməlidir və payızda sülh danışıqları başlaya bilər.

“Və biz danışıqlar masası arxasında danışmağa başlayacağıq. Ola bilər. Bəlkə sentyabrda yox, bir az sonra. Heç bir məlumat vermək istəmirəm, amma avropalılar artıq bu barədə danışırlar. Fransa, Almaniya”, - deyən Belarus lideri Moskvanın da danışıqlara hazır olduğunu bildirib.

Rüfət

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol