Menu

Rusiya “Zaporojye” AES-i partlatmağa hazırlaşır? – Yeni peyk görüntüləri yayımlandı (FOTO)

07.07.2023, 18:12
Rusiya “Zaporojye” AES-i partlatmağa hazırlaşır? – Yeni peyk görüntüləri yayımlandı (FOTO)

“Zaporojye” Atom Elektrik Stansiyasının (AES) nüvə reaktorlarının damında naməlum paketlər aşkarlanıb.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə yayımlanan yeni peyk fotolarında reaktorların damında partlayıcıya bənzər əşyaların yerləşdirildiyi görünür.

Sözügedən fotolar Rusiyanın “Zaporojye” AES-i partladacağıyla bağı şübhələri bir qədər də artırıb.

Xatırladaq ki, son günlər Qərb mətbuatı, eləcə də Ukrayna KİV-ləri Rusiyanın “Zaporojye” AES-də partlayış törədəcəyini yazırlar.

Rusiyanın nüvə agentliyi olan “Rosenergoatom”un rəsmiləri isə bu ittihamları rədd edərək, Ukraynanın “AES”-ə hücum planlaşdırdığını bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol