Menu

Azərbaycanın yeniyetmə güləşçisi Avropa çempionatında tarixi medal qazanıb

07.07.2023, 21:35
Azərbaycanın yeniyetmə güləşçisi Avropa çempionatında tarixi medal qazanıb

Azərbaycanın yeniyetmə güləşçisi Esra Məmmədli Macarıstanın Kaposvar şəhərində keçirilən U-15 Avropa çempionatında gümüş medal qazanıb.

"Report"un məlumatına görə, 46 kq-da çıxış edən idmançı finalda yerli Mariya Jitovoza 0:7 hesabı ilə uduzub və qitə ikincisi olub.

Bununla da Məmmədli qadın güləşi üzrə U-15 Avropa çempionatları tarixində medal qazanan ilk Azərbaycan güləşçisi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol