Menu

Bu gün “Dəmir general”ın 50 yaşı tamam olur – Zalujnının qızı da hərbçidir

08.07.2023, 11:04
Bu gün “Dəmir general”ın 50 yaşı tamam olur – Zalujnının qızı da hərbçidir

Bu gün Ukrayna Silahlı Qüvvələrinin Ali Baş komandanı Valeri Zalujnı 50 illik yubileyini qeyd edir.

“AzPolitika.info” xəbər verir ki, Valeri Zalujnı hərbçilər ailəsində doğulub, uşaqğlığı hərbi hissələrdə keçib.

4 ali təhsili var. Ukraynanın tarixində səngərlərdə döyüşən Silhalı Qüvvələrin ilk Ali Baş komandanı kimi tarixə düşüb. 2014-cü ildən Donbasın müdafiəsində iştirak edib və səngərdə döyüşən zabitlərdən biri olub.

2022-ci ildə "Politico" jurnalı onu "Dəmir general" adlandırıb və bundan sonra bu ləqəblə tanınıb.

Zalujnı Silhalı Qüvvələrin Ali Baş komandanı vəzifəsinə təyin olunandan sonra 2021-ci ilin oktyabrında insanlara çağırış etmişdi: “Mən birmənalı olaraq korrupsiyanı qəbul etmirəm və Ukrayna Silahlı Qüvvələrində onun yayılmasına imkan verməyəcəm. Korrupsiyaya "sıfır" tolerantlıq-istənilən vəzifəyə təyinatın fundamental prinsipidir”.

Həmin zamanda Zalujnı insanlardan xahiş etmişdi ki, korrupsiya hallarına rast gəldikdə, dərhal şəxsən özünə xəbər versinlər. Bunun üçün telefon nömrəsini və e-mail ünvanını açıqlamışdı.

Zalujnı ailəsinin Odessa vilayətində 70 kv m² sahəsində evləri və bir neçə torpaq sahələri, 1 “Cherri Tiggo” və 1 “Nissan Patrol” avtomobili var.

General 2 qız atasıdır, Natalya hərbçidir, Kristina isə tələbədir, tibb institutunda təhsil alır.

“AzPolitika.info”

Şərhlər

Əli 2023-07-08 12:39:45

Buna baxanda bizimkinə"aliminum general" deməliyik?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol