Menu

“Bu qadağanı geri qaytaracağıq”– Trampdan növbəti anormal açıqlama

08.07.2023, 11:09
“Bu qadağanı geri qaytaracağıq”– Trampdan növbəti anormal açıqlama

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp 2024-cü il prezident seçkilərində qalib gələcəyi təqdirdə, əksəriyyəti müsəlman olan bəzi ölkələrə tətbiq etdiyi mübahisəli səyahət qadağasını daha geniş və güclü şəkildə geri qaytaracağına dair növbəti anormal açıqlamasını verib.

“AzPolitika.info” xəbər verir ki, 2024-cü il seçki kampaniyası çərçivəsində Ayova ştatında keçirilən mitinqdə çıxış edən Tramp bunları deyib:“Mən vəzifəyə qayıdanda səyahət qadağası əvvəlkindən daha geniş və güclü şəkildə geri gələcək. İnsanların alış-veriş mərkəzlərimizi, şəhərərimizi partladmağını, əkin sahələrimizi oğurlamalarını istəmirik”.

Xatırladaq ki, Tramp vəzifəyə gəldikdən bir həftə sonra 2017-ci il yanvarın 27-də İran, Suriya, Liviya, Yəmən, Somali, Çad və Şimali Koreyaya səyahət qadağası qoymuşdu.

Onu da qeyd edək ki, ABŞ-ın hazırkı Prezidenti Co Bayden vəzifəsinin ilk həftəsində imzaladığı fərmanla Trampın bəzi müsəlman ölkələrinə qoyduğu səyahət qadağasını ləğv edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol