Menu

“3 ildir üzləşdiyim bürokratik əngəllər nəticəsində əlillik dərəcəsi ala bilmirəm” – Vətəndaş Baş nazirdən kömək istəyir

08.07.2023, 12:15
“3 ildir üzləşdiyim bürokratik əngəllər nəticəsində əlillik dərəcəsi ala bilmirəm” – Vətəndaş Baş nazirdən kömək istəyir

“2005-2020-ci illər ərzində “anadangəlmə ürək qüsuru” diaqnozu əsasında 2-ci qrup əlil kimi fasiləsiz şəkildə pensiya almışam. 2020-ci ildə mənə məlum olmayan səbəbdən əlillik dərəcəm dayandırılıb. 2020-ci ildən bəri başlanan və bu günə kimi davam edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən “TSERAS “ tibbi ekspertiza orqanları və “TƏBİB”-ə tabe olan səhiyyə müəssisələri tərəfindən yaradılan bürokratik əngəllər nəticəsində əlillik dərəcəsi ala bilməmişəm. Bu səbəbdən də ətrafımda baş verən hadisələri ictimailəşdirmək və müvafiq hüququ yardım almaq məqsədi ilə Sizə müraciət etmək qərarına gəlmişəm”.

Bunları Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi ev 8, mənzil 32 ünvanında yaşayan Minazova Albina Ənvər qızı “AzPolitika.info” vasitəsilə Baş nazir Əli Əsədova ünvanladığı şikayət məktubunda bildirib.

A. Ənvərovna şikayət məktubunda bildirir ki, o, 2020-ci ildən sonra müxtəlif vaxtlarda 4 dəfə “TƏBİB”-in tabeliyindəki tibb müəssisələrində müayinədən keçib:“Barəmdə tərtib edilən diaqnozlar “TSERAS” tibbi ekspertiza xidmətinə göndərilsə də, hər dəfə yazılan diaqnozların natamam tərtib edilməsi əsasları ilə oradan geri qaytarılaraq təkrar müayinədən keçməyim tələb olunur. Bu səbəbdən “TSERAS”tərəfindən əllik qrupu təyinatıyla bağlı imtina cavabı alıram.“TƏBİB”in həkimləri bildirirlər ki, onlar diaqnozu düz tərtib edirlər, sadəcə bütün məsələləri tibbi komissiya həll edir”.

“Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair “Əsasnamə”nin 4.2. bəndində qeyd olunub ki, ikinci və üçüncü dərəcə əlillik 5 il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 il müddətinə təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. “Əsasnamə”dən də aydın olur ki, mən 2005-2020-ci illər ərəfəsində 15 il fasiləsiz olaraq “TSERAS”tərəfindən 2-ci qrup əlill hesab edilsəm də, 2020-ci ildə əllik dərəcəm dayandırılıb. Bu niyə baş verib? Bəlkə mən göstərilən “Əsasnamə”nin müddəalarını düzgün başa düşmürəm? Tibbi-sosial ekspertiza qurumunun əməkdaşları nədənsə həmin “Əsasnamə”nin tələblərini özləri bildiyi kimi tətbiq edərək mənim hüquqlarımı pozurlar. Baş verən hadisələr barədə ƏƏSMN və “TƏBİB” -in rəhbərliyinə göndərdiyim yazılı şikayətlərə isə məntiqsiz və əsassız cavablar göndərilərək məsələnin qanun müstəvisində həll olunmasından yayınma cəhdləri göstərilir”,-deyə şikayət məktubunda qeyd olunur.

Şikayətçi sonda səhhətinin və maddi durumunun günü-gündən pisləşdiyini, həmçinin tələbə qızının onun öhdəliyində olduğunu vurğulayaraq, Baş nazir Əli Əsədovdan baş verən hadisələrə hüquqi qiymət verilməsi və bu işə aydınlıq gətirilməsi ilə bağlı köməklik göstərilməsini xahiş edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol