Etibar Əliyev
(Millət vəkili, təhsil eksperti)
Artıq 3 ilə yaxındır ki, ictimai maliyyə islahatları çərçivəsində pilot sektorda - təhsil, kənd təsərrüfatı və ekologiya sektorlarında büdcə xərclənmələrinin səmərəliliyini artırmaq üçün nəticəəsaslı büdcə tərtibi prosesinə keçid başlayıb.
Buyurub təhsildəki nəticələrə baxa bilərsiniz:
- Bu il magistr olmaq istəyən bakalavrların 1670 nəfəri 0-30 bal (maksimum bal 100) toplayıb. İmtahanlarda 24118 bakalavr iştirak edib.
- Sertifikasiya imtahanında iştirak edən müəllimlərin 35 faizi 0-29 bal toplayıb. Keçid balı 30 baldır. Sertifikasiyada 38 min müəllim iştirak edib. 223 müəllim isə 0-9 bal arası nəticə göstərib.
- I–IV qrup üzrə qəbul imtahanlarında abituriyentlərin 42,79%-i 0-200 bal arası nəticə göstərib. Bu, təxminən 31.000 abituriyent edir. Bunun bir adı var: funksional savadsızlıq…
Təhsildə təkamül yolunu seçənlərin nəzərinə bir məsələni də çatdırmaq istəyirəm.
Böyük Britaniyanın "World University Ranking" nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet (2022-ci ildə - 16 universitet) daxil olub.
Türk Dövlətlərinin Qlobal reytinqdə TOP-100 siyahısına Qazaxstanın 7, Türkiyənin 11 universiteti düşüb. Bizim universitetlərin heç biri TOP-1000-ə düşməyib. UNEC-1001-1200-cü yerləri, Neft və Sənaye Universiteti isə 1201-1400-cü yerləri tutub. Maraqlı bir məqamı qeyd edim: Abay Qazax Milli Pedaqoji Universiteti 681-ci yerdə qərarlaşıb. Azərbaycan Dövlət Pedaqoji Universiteti və Tibb Universiteti isə heç 1500-lük reytinq cədvəlinə düşə bilməyiblər. Müəllim və həkim hazırlayan universitetlərin bu cür axsamaları heç də ürəkaçan deyil.
Azərbaycan Prezidenti İlham Əliyev 31 yanvar 2008-ci ildə “Azərbaycan Respublikasının Ali təhsil müəssisələrinin Avropa Ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalayıb. 15 il vaxt keçib. Bu vacib sənədin icrası normal şəkildə həyata keçirilsəydi bu cür acınacaqlı mənzərə ilə üzbəüz qalmazdıq.

Şərhlər
Cəmşid bəy sistemin çürük qurulduğu.yarltmaz idarəçilik 30 ildir hamıya bəllidir.ONu da diətə alın ki. belə çürük sistem indiki hakimiyyətə.polis rejiminə,özbaçınalığa tərbiyələnmiş milli qarışı\ıara sərf etdiyindən tunelin sonunu görünməyə hakimiyyət özü manrçilik edir.Belə çürük sistem hakimiyyətə varlanmasına birbaşa yardım edir.Onları xalq heç zaman düşündürməyib.
Ora gedirik. Bu banda bizi cəhənnəmə aparır.
Etibar Əliyevin bu yazıda səsləndirdiyi fikirlər də, bildirdiyi iradlar da, keçirdiyi həyacan və məyyusluqlar da başa düşüləndir. Amma nə yazıq ki, məsələnin kökü nədən qaynaqlanır, bu heç vaxt dilə gətirilmir. Təssüflə qeyd etməliyik ki, Azərbaycanda bütün sosial iqtisadi sahələrdə (hələlik neft və qaz sənayesi istisna) vəziyyət eynidir. Amma bütün sahələrin başında təhsil durduğu üçün, bu dövlətin də cəmiyyətin də həssas nöqtəsidir. Bu nöqtə də göründüyü kimi ağlamalı bir vəziyyətdədir. Dəfələrlə mətbuatda da qeyd etmişik və hətda fikirlərimizi Ölkə Başçısının elektron poçtuna da yazmışıq ki, ölkədə sistem dəyişməlidir. O sistem ki Ölkə Başçısı Özü də rəsmi çixışlarının birində, mövcud sistemin artıq köhnəldiyini bir zad dilə gətirmişdir. Əslində deyərdim ki sistem köhnəlməyib, sistem artıq çürüyüb. Ona görə də Ölkədə edilən deyişilklər, xüsusən də kadr islahatları Ölkə Başçısının qarşıya qoyduğu hədəfə ulaşmaqda zorlanır. Bu baxımdan da təcili surət də (çünki çox gecikirik),, ölkədə indiki yarımçıq doğulmuş parlament vaxtından əvvəl buraxılmalı, konistutisiyada köklü islahatlar aparıb, yeni seçgilere ve referenduma gedib sistemi deyişmek lazımdır. Çünki, indiki sitem çürüdüyü üçün artıq paslı dəmirdən ibarət bir buxova çevirilib. Butün sahələr isə, bu paslı buxovun əsarətindədir. O ki qaldı Konstitusiyada ediləcək dəyişikliklərə, öncə bunun üçün ölkədə tərkibi dövlətin rəsmi şəxsləri ilə yanaşı, aparıcı ictimai təşkilatların, mütərəqqi ziyalıların, peşəkar eksperlərin, ölkədə kifayət qədr nüfuza malik siyasi düşərgələrin və beynəlxalq səviyyəli peşəkar azad fikirli hüquqşunasların nümayəndələrindən ibarət bor komissiya formalaşdırılmalıdır. Yoxsa bu belə davam edə biməz. Hər bir ölkə ziyalısı olanlardan üzülür və bu yöndə də əlindən gələni etməyə hazırdır.Çünki, bu bizim hər birimizin Ölkəsidir. Bəli Dövlətimiz Qarabağ qonusunda həssas bir dönəmdən keçir. Sıxıntılar və beynəlxalq basqılar çoxdur və inşallah da Ölkə Başçısısının qətiyyəti və dəyərli tərəfdaşlarımız sayəsində bu qonuda son hədəfə də ulaşacağıq və hədəf də yaxındar. Amma bununla belə bizim başqa alanlarda da səylərimiz gücləndirməmiz şərt.
Necə yəni biz hara gedirik?Harasa gedirik ki?Yerimizdə dayanmışıq ee, a kişi,yıxılıb xorhaxor yatmışıq,heç üstümüzdəki yorğan da tərpənmir.Necə ki ölünün üstündəki kəfən tərpənməz haa,bax onnan.Əzəlindən salan olmayıb da başa bizi.Və ya yaxşı salmayıblar başa bizi.Perestroyka vaxtı Şmidt zavodunun ağzıgöyçək bir fəhləsi Domsovetin qabağındakı meydanda bir milyonluq toplumu inandıra bilmişdi ki,müstəqil olsaq Azərbaycanın torpağını başdan-başa 5 santimetr qalınlığında qızılla örtmək olar.Sonralar Pradoda-zadda gəzdi özü,lüks həyat yaşadı toplumu aldadmağı bacaran bütün bəxtəvərlər kimi,toplum isə o qızılları görəmmədi,necə ki nə Nikolay vaxtında, nə Məmmədəmin vaxtında,nə Lenin-Stalin-zastoy-perestroyka vaxtında görməmişdi,bundan sonra da qulağının dibini görəndə görər azı bu əsrin axırına qədər.Aclıq olan yerdə də toplum ancaq qarnının hayında olar,kitab-mitab,elm,savad,bilik-filan ikinci dərəcəli yox ee,qırx ikinci dərəcəli iş olar.Birisinin əlində təsadüfən bir kitab görüncə də qəzəbindən istərlər didib dağıtsınlar o zavallını ki “nədəəoo,kitabdımıəəoo?”
Hamını Milli Məclis və digər vəzifəlilər idarə edirlər! Aşkar odur ki, 34cü il daha təhlükəli (artıq on min silahlı) təhlükə mərkəzinə çevrilmiş yuxarı Qarabağa getmək gərək! Azərbaycan ərazisinin 29 min kv km də Çarlıq Ermənistan bəyan edəndən onna heç təcavüz cəhdi olmayıb! Ancaq, onlar Kremllə kifayətlənməyibb, İran, Hindistan və Fransadan da hərtərəfli yardım diləyir.
Etibar bəy,ayıl1 Ölkə 30 ildir uçurum qarısındadır,Sən hələ indi ayılmaq düşünürsən.Sənayesi dağıdılan,ölkəni işsizlər ordusu bürüyən.importdan asılı vəziyyətə salınan,vəzifələrə qeyri milli şəxslərin yerləşdirildiyi ,,millət vəkillərinin millətdən xəbəri olmayan ölkədə nədən dnışmq,nəyi tərifləmək olar?BUnu düşünən yetkilisi olmayan ölkə məhvə məhkum deyilmi?
Etibar Əliyevin bu yazıda səsləndirdiyi fikirlər də, bildirdiyi iradlar da, keçirdiyi həyacan və məyyusluqlar da başa düşüləndir. Amma nə yazıq ki, məsələnin kökü nədən qaynaqlanır, bu heç vaxt dilə gətirilmir. Təssüflə qeyd etməliyik ki, Azərbaycanda bütün sosial iqtisadi sahələrdə (hələlik neft və qaz sənayesi istisna) vəziyyət eynidir. Amma bütün sahələrin başında təhsil durduğu üçün, bu dövlətin də cəmiyyətin də həssas nöqtəsidir. Bu nöqtə də göründüyü kimi ağlamalı bir vəziyyətdədir. Dəfələrlə mətbuatda da qeyd etmişik və hətda fikirlərimizi Ölkə Başçısının elektron poçtuna da yazmışıq ki, ölkədə sistem dəyişməlidir. O sistem ki Ölkə Başçısı Özü də rəsmi çixışlarının birində, mövcud sistemin artıq köhnəldiyini bir zad dilə gətirmişdir. Əslində deyərdim ki sistem köhnəlməyib, sistem artıq çürüyüb. Ona görə də Ölkədə edilən deyişilklər, xüsusən də kadr islahatları Ölkə Başçısının qarşıya qoyduğu hədəfə ulaşmaqda zorlanır. Bu baxımdan da təcili surət də (çünki çox gecikirik),, ölkədə indiki yarımçıq doğulmuş parlament vaxtından əvvəl buraxılmalı, konistutisiyada köklü islahatlar aparıb, yeni seçgilere ve referenduma gedib sistemi deyişmek lazımdır. Çünki, indiki sitem çürüdüyü üçün artıq paslı dəmirdən ibarət bir buxova çevirilib. Butün sahələr isə, bu paslı buxovun əsarətindədir. O ki qaldı Konstitusiyada ediləcək dəyişikliklərə, öncə bunun üçün ölkədə tərkibi dövlətin rəsmi şəxsləri ilə yanaşı, aparıcı ictimai təşkilatların, mütərəqqi ziyalıların, peşəkar eksperlərin, ölkədə kifayət qədr nüfuza malik siyasi düşərgələrin və beynəlxalq səviyyəli peşəkar azad fikirli hüquqşunasların nümayəndələrindən ibarət bor komissiya formalaşdırılmalıdır. Yoxsa bu belə davam edə biməz. Hər bir ölkə ziyalısı olanlardan üzülür və bu yöndə də əlindən gələni etməyə hazırdır.Çünki, bu bizim hər birimizin Ölkəsidir. Bəli Dövlətimiz Qarabağ qonusunda həssas bir dönəmdən keçir. Sıxıntılar və beynəlxalq basqılar çoxdur və inşallah da Ölkə Başçısısının qətiyyəti və dəyərli tərəfdaşlarımız sayəsində bu qonuda son hədəfə də ulaşacağıq və hədəf də yaxındar. Amma bununla belə bizim başqa alanlarda da səylərimiz gücləndirməmiz şərt.
Axı bu bşr sirr deyil ki,sovet döneminde en savadlı şagirdler esasen Bakı dövlet universitetine,tibb institutuna,sonra texniki institututlara gedirdilwr,az bir qism savadlı şagirdr müellimliye üz tutur ,savadsızların ise 90 %- i bu saheye gedirdiler ki gıya müellimlik asan peşedir.Facienin bir kökü de burdadur.Diger esaslı sebeblerden bir ise bu sahenin rehberlerinin ölke rehsiline biznes orizmasıbdan baxmalarıdır.
Misir Merdanovdan sonra işlemiş tehsil nazirlerimizden biri. hazırda iqtisadi inkişaf veya her şey naziri,digeri ise xarici işler naziri işleyir ,yeni tehsil nazirliyinde işlemiş birinci şexsler bu sahe üzre mütexessis olmayıblar ve plyus sovetden qalma iyrenc tehsil vu pulla alınmış diplomlara sahib olan müellimler
Biz artiq coxdan gelib catmisiq, deputatin xeberi yoxdu sadece. Cehalete xos gelmissiniz!!! Tehsil ZERO!!!!!!!!!!!!!!!!!!!
Hansı dərdimizi deyib aglayaq? Dərd bir olsa çəkməyə nə var
millət vəkili getdiyi yeri bilmirsə,cəmiyyət neyləsin...