Bütün ana ölümləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) aidiyyəti komissiyası tərəfindən araşdırılır və nəticəyə əsasən müvafiq tədbirlər görülür.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, TƏBİB-in İcraçı direktorunun müvafiq əmrinə uyğun olaraq hazırda TƏBİB-in tabeliyindəki perinatal mərkəzlərin dəyərləndirilməsi aidiyyəti üzrə komissiya tərəfindən həyata keçirilir:
"Artıq Quba və Şəki perinatal mərkəzlərində komissiya təşkil olunub, tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində təkliflər verilib. Komissiya tərəfindən digər perinatal mərkəzlərin də dəyərləndirilməsi qısa müddətdə həyata keçiriləcək".


Şərhlər
Ana ölümleri esaslı şekilde ve köklü araşdırılsa melum olar ki bı işde udan ancaq bezi hüquq mühafşze orqanlarının rehbeleti olur,bir sihr bedbext olur övlad itirir neve itirir,diger aike ise gerizekalıq ve savadsızlıqdan var dövletini,bınların bedbextçiliyi sebebinden 3- cü teref uduşlu çıxır bu hadiselerde ve bunu da hamı çox gözel bilir.