Ukraynanın Donetsk vilayətinin Liman şəhərində Rusiya artilleriyasının atəşi nəticəsində azı 8 dinc sakinin öldüyü, 13 nəfərin isə yaralandığı bildirilir.
“AzPolitika.info” bu barədə “Reuters”ə istinadla xəbər verir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da axşam hesabatında Rusiya qüvvələrinin Liman sektorunda irəliləmək üçün uğursuz cəhdlər etdiyini bildirib. Ən azı 10 şəhər və kənd atəşə tutulub.
Donetsk vilayətinin qubernatoru Pavlo Kyrylenko daha əvvəl Limanda səhər saat 10 radələrində atəş açıldığını, kiçik şəhərdə yaşayış məntəqəsinin vurulduğunu bildirmişdi. Onun sözlərinə görə, azı altı mülki şəxs həlak olub.
O, Telegram mesajlaşma proqramında bildirib: "Ev və mağazaya ziyan dəyib. Polis hadisə yerində işləyir".
Liman şəhəri Donetsk vilayətinin şərqindəki əsas dəmir yolu qovşağıdır. Ukrayna ordusu gündəlik hərbi yenilənməsində bildirib ki, Rusiya qoşunlarının Lyman yaxınlığındakı hücum cəhdlərini dəf edib.
Rüfət
AzPolitika.info


Şərhlər