Menu

Lvov əhalisi Zelenskini və əsirlikdən qayıdan hərbçiləri alqışla qarşılayıblar

09.07.2023, 10:47
Lvov əhalisi Zelenskini və əsirlikdən qayıdan hərbçiləri alqışla qarşılayıblar

“Azovstal”ı müdafiə edən “Azov” və 36-cı Əlahiddə Dəniz Briqadasının komandirləri əsir düşərək uzun aylar Türkiyədə qalaraq Ukraynaya qayıdıblar.

“AzPolitika.info”-nun UNİAN-a istinadla verdiyi xəbərə görə, Lvovun mərkəzində Taras Şevçenkonun abidəsi yaxınlığındakı meydanda Ukrayna prezidenti Volodimir Zelenski və Ukrayna müdafiəçiləri təntənəli şəkildə qarşılanıb.

Azov komandiri Denis “Redis” Prokopenko, Azov komandirinin müavini Svyatoslav “Kalina” Palamar, Azov baş zabiti Oleq Xomenko, 36-cı Əlahiddə Dəniz Briqadasının komandiri Sergey “Volın” Volınski və 12-ci Milli Qvardiya briqadasının komandiri yüzlərlə insan tərəfindən alqışlanıblar.

Mitropolit Epifanius, Lvov meri Andriy Sadovy və baş nazir Denis Şmıxal da bu mərasimdə iştirak edirdilər. Ukrayna müdafiəçilərinin və prezidentin peyda olması ərəfəsində mətbuatda genişmiqyaslı müharibənin 500-cü günü üçün şəhərin mərkəzində dua mərasiminin planlaşdırıldığı barədə məlumat yayılıb. Bütün qonaqlar göründükdən qısa müddət sonra Epifanius dua etməyə başlayıb. Duadan sonra ölkə rəhbərliyi “Azovstal” qəhrəmanları ilə birlikdə meydanı tərk edib.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol