İsrail müxalifəti iyulun 8-də axşam saatlarında 27-ci dəfə bütün ölkədə məhkəmə islahatlarına qarşı kütləvi həftəlik etiraz aksiyaları keçirib.
"AzPolitika.info" TASS-a istinadla xəbər verir ki, onlardan ən böyüyü Təl-Əvivdə hökumət binaları kompleksinin yaxınlığında keçirilir.
“Times of Israel” qəzetinin məlumatına görə, əsas mitinq başa çatdıqdan sonra, onlarla nümayişçi şəhərin şərq hissəsində Ayalon şossesini bağlayıb.
Məlumata görə, nümayiş zamanı iştirakçılar demokratiya tərəfdarı şüarlar səsləndirib, İsrail bayraqlarını dalğalandırıb və hakimiyyətdən məhkəmə islahatları üçün təzyiqləri dayandırmağı tələb ediblər.
Təşkilatçılar şəhərdəki etiraz aksiyasında 180 minə yaxın insanın iştirak etdiyini iddia ediblər.
Rüfət
AzPolitika.info


Şərhlər