Menu

Parisə qarşı irqçilik ittihamları artır – Anım yürüşünə icazə verilmədi

09.07.2023, 18:14
Parisə qarşı irqçilik ittihamları artır – Anım yürüşünə icazə verilmədi

Paris hakimiyyəti şənbə günü 2016-cı ildə polis bölməsində saxlanılarkən ölən Əlcazir əsilli gənc Adama Traoreyə həsr olunmuş və günün ikinci yarısında paytaxtın Respublika meydanında keçirilməsi planlaşdırılan anım yürüşünü qadağan edib.

“AzPolitika.info” bu haqda “Politico”ya istinadla xəbər verir.

Adamanın bacısı və polis zorakılığına qarşı mübarizənin aparıcı simalarından biri olan Assa Traoré, cümə günü ölkə daxilində son şiddətli iğtişaşlar fonunda səlahiyyətlilər tərəfindən Parisin kənarında planlaşdırılan toplantının qadağan edilməsindən sonra şənbə günü yürüş elan etmişdi.

Ancaq polisin əmrində deyilir: "Toplantının bir gün əvvəl elan edilməsi polis orqanına toplantını təmin etmək üçün lazımi işçi qüvvəsi və resursları səfərbər etməyə imkan vermir".

Buna baxmayaraq, başqa şəhərlərdə polis zorakılığını pisləmək və hökuməti tədbir görməyə çağırmaq üçün mitinqlər keçirilir.

Cümə günü Birləşmiş Millətlər Təşkilatının İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitəsi (CERD) Fransanı "hüquq-mühafizə orqanlarında, xüsusən də polisdə irqi ayrı-seçkiliyin struktur və sistemli səbəblərini prioritet məsələ kimi həll etməyə" çağırıb.

Avropa Komissiyası da Fransada polis zorakılığı ilə bağlı narahatlığını ifadə edib. Çərşənbə günü Belçika radiosuna verdiyi müsahibədə Aİ-nin ədliyyə komissarı Didier Reynders, ölkənin son bir neçə ildə, o cümlədən bir həftə ərzində şahidi olduğu "qeyri-adi zorakılıq səviyyəsini" nəzərə alaraq, "Fransada polisin hərəkətləri üzərində düşünülmaəsinə" ehtiyac olduğunu deyib.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol