Menu

Türkiyənin iki əsgəri İraqda şəhid olub

09.07.2023, 22:55
Türkiyənin iki əsgəri İraqda şəhid olub

Türkiyənin iki əsgəri İraqın şimalında “Pençe-Şimşek” əməliyyatı zonasında Şəhid olub. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər verib.

Qeyd edilib ki, terrorçuların açdığı atəşi nəticəsində əsgərlər Həsən Taş və Furkan Günergök ağır yaralanıb.

Hər iki əsgər dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol