Menu

“TotalEnergies” “Abşeron” yatağından qaz hasilatına başlayıb

10.07.2023, 11:46
“TotalEnergies” “Abşeron” yatağından qaz hasilatına başlayıb

Fransanın “TotalEnergies” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizində yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində təbii qaz hasilatına başlandığını elan edib.

“Report” xəbər verir ki, bu mərhələ çərçivəsində gündəlik təxminən 4 milyon kubmetr "mavi yanacaq" və 12 min barel kondensat hasil edilməsi planlaşdırılır.

Hasil ediləcək qaz Azərbaycanın daxili bazarı üçün nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol