Şavkat Mirziyoyev yenidən Özbəkistanın prezidenti seçilib
Özbəkistan hazırkı prezidenti Şavkat Mirziyoyev iyulun 9-da keçirilən prezident seçkilərində 87,05 faiz səsləqalib gəlib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Özbəkistanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, digər iddiaçılar - Özbəkistan Ali Məhkəməsi sədrinin birinci müavini, “Ədalət” - Sosial Demokrat Partiyasından prezidentliyə namizəd Robaxon Maxmudov 4,43 faiz, Xalq Demokrat Partiyasının namizədi Uluqbek İnoyatov Abdşukur Xamzayev 3,74 faiz səs toplayıb.
Qeyd edək ki, 65 yaşlı lider Özbəkistanda apreldə keçirilən referendumla qəbul edilən konstitusiya dəyişiklikləri nəticəsində növbəti 7 ildə ölkəni idarə edə biləcək.
“AzPolitika.info”


Şərhlər