Menu

Qərbdə yaşayan rus müxalifətçilərə sui-qəsd xəbərdarlığı edilib

10.07.2023, 14:25
Qərbdə yaşayan rus müxalifətçilərə sui-qəsd xəbərdarlığı edilib

Qərbdə mühacir həyatı yaşayan rus müxalifətçilərə sui-qəsd təhlükəsi ilə bağlı xəbərdarlıq edildiyi bildirlir.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, belə xəbərdarlıqla üzləşənlərdən biri Ukraynadakı müharibənin qəti əleyhinə olan keçmiş deputat, 43 yaşlı Dmitri Qudkovdur.

O, bu yaxınlarda adı açıqlanmayan Avropa ölkəslərindən birinə səfər edən zaman belə bir xəbərdarlıqla üzləşdiyini deyir:“Bu yaxınlarda Avropa ölkələrindən birinə uçan zaman hava limanında yerli hüquq-mühafizə orqanları tərəfindən ehtiyat tədbirlər görməklə bağlı tövsiyələr almışam. Onların fikrincə, xaricdə yaşayan, Putin rejiminin düşmən hesab etdiyi müxalif və ictimai xadimlərin geniş təbəqəsi indi yüksək risk altındadır. Təhlükə təzədir. Çünki on gün əvvəl eyni hava limanına uçmuşdum və təhlükəsizlik xidmətlərindən belə bir xəbərdarlıq almamışdım”.

Qudkov Türkiyədə analoji xəbərdarlıq alan daha bir fəalın kimliyindən xəbərdar olduğunu iddia edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol