ABŞ və Almaniya Ukraynanın NATO-ya üzvlüklə bağlı rəsmi müraciətinə mane olur. Onlar digər ölkələrə də təzyiq edirlər ki, bu mövqeyə qoşulsunlar.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Almaniyanın aparıcı nəşrlərindən olan “Bild”-ə yüksək səviyyəli diplomatlardan biri məlumat verib.
Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski Vilnüsdəki sammitdə NATO-ya üzvlüklə bağlı müraciət etməyə hazırlaşır.
Xarici diplomatlardan biri alman nəşrinə bildirib ki, Berlin və Vaşinqton Ukraynanın Alyansa daxil edilməməsi üçün digər ölkələrə təzyiq göstərməyə çalışır. Onun sözlərinə görə, hazırda bunun qarşısını almaq üçün qızğın danışıqlar getsə də, Ukraynanın sammitdən əliboş qayıdacağı indandırıcı görünmür.
Həmçinin qeyd olunur ki, Alyans daxilində Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı geniş müttəfiqliqlər də mövcuddur.
Nərş yazır ki, təkcə Baltikyanı ölkələr və Polşa deyil, Bolqarıstan, Rumıniya, İsveç, Türkiyə və Fransa kimi ölkələr də Ukraynanın NATO-ya üzv olmasının tərəfdarıdır.
“AzPolitika.info”


Şərhlər